Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Argentinada G20 sammiti çərçivəsində görüşlərindən sonra maraqlı açıqlama verib.
Teleqraf.com-un xəbərinə görə, Ərdoğan jurnalist Camal Qaşıçının qətli barədə bunları deyib:
"Camal Qaşıqçının 7.5 dəqiqə ərzində boğularaq öldürüldüyünün sübutları var. Biz bunları dünyayla paylaşdıq. Türkiyə olaraq, burada açıq və net bilgiləri, sübutları ABŞ başda olmaqla, kim istədisə verdik. Bu sadəcə Türkiyənin məsələsi deyildir. Hətta biz suçun işləndiyi yerin İstanbul olması səbəbindən günahkarların bizə verilməsini istədik".