2 Dekabr 2018 16:57
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan müxalifəti Tiflisdə Rustaveli küçəsində etiraz aksiyası keçirir.

Teleqraf.com-un xəbərinə görə, "Birləşmiş müxalifət"in aksiyasında növbədənkənar parlament seçkilərinin keçirilməsi tələb olunub.

Minlərlə etirazçının qatıldığı aksiyada müxalifət liderləri prezident seçkisinin ikinci turunun nəticələrini tanımadıqlarını bildiriblər. Onlar seçkilərin saxtalaşdırıldığını iddia edirlər.

Aksiyada "Birləşmiş müxalifət"in lideri Qriqol Vaşadze, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili(Skpye vasitəsilə) və digər müxalifət liderləri çıxış ediblər.


Müəllif: Nahid

Oxşar xəbərlər