Bu gün səhər saatlarında İsrail polisi ölkənin Səhiyyə Nazirliyindən Ermənistanda verilmiş saxta diplomlar əsasında lisenziya almaqda şübhəli bilinən 40 həkim və əczaçını saxlayıb.
Teleqraf.com-un İsrail KİV-lərinə istinadən verdiyi məlumata əsasən, həmin insanlar Ermənistan universitetin tibb və əczaçılıq fakültələrində təhsil alıblar: "Onlar Səhiyyə Nazirliyinə mütəxəssis diplomlarını təqdim ediblər, halbuki, əslində orada qısa müddət ərzində təhsil alıblar və imtahanları tam verməyiblər".
Qeyd olunur ki, polis əməkdaşları araşdırmaya anonim şikayətdən sonra başlayıb.