Buş ailəsi sabiq prezident ata Corc Buşun dəfn mərasimilə bağlı hazırlıqları davam etdirir.
Teleqraf.com "Amerikanın səsi"nə istinadən xəbər verir ki, "1989-cu ildən 1993-cu ilədək president vəzifəsində xidmət göstərən Buşun dəfn mərasimi Vaşinqtonun Milli Kilsəsində keçiriləcək. Mərasimin dəqiq günü hələ bildirilməyib.
Ağ Ev elan edib ki, ABŞ prezidenti Donald Tramp da dəfn mərasimində iştirak edəcək.
Dəfn mərasimi üç hissədən ibarət olacaq və bir həftə davam edəcək. İlk olaraq Buşun yaşadığı ştat daxilində tədbirlər keçirilir, daha sonra Vaşinqton şəhəri daxilində mərasimlər olacaq, ən sonda isə ölən şəxsin torpağa tapşırılmaq üçün təyin etdiyi ştatda mərasimlər baş tutur.