Bu ölkədə 300 qız eyni üsul ilə öldürülüb
Hindistanda zorlanma halları çoxalıb. Teleqraf.com-un anspress-ə istinadən verdiyi məlumata görə, son aylar kənd yerlərində yaşayan əhalinin gənc qızları arasında kütləvi şəkildə zorlanma halları artıb.
Əsasən də, bu cür hadisələr ailənin gənc qızları axşam saatlarında ayaqyoluna gedərkən baş verir. Kənd yerlərində ayaqyolunun əsasən çöldə olduğu evlərdə yaşayan gənc qızlar qaçırılır. Onlar zorlanır. Çoxu da təcavüzə məruz qaldıqdan sonra öldürülür.
Belə hadisələrdən biri əmiqızlaının başına gəlib. Belə ki, iki əmiqızı axşam saatlarında ayaqyoluna gediblər. Lakin onlar evə qayıtmayıblar. Onların axtarışları da heç bir nəticə verməyib. Səhər həmin qızların ağacda asılmış halda tapıblar.
Araşdırmalar zamanı məlum olub ki, əmiqızları naməlum şəxslər tərəfindən qaçırılaraq zorlanıb. Daha sonra təcavüzkarlar onları asaraq qətlə yetirib.
Statistikaya görə, bu ilin 8 ayı ərzində Hindistanda 300 qız eyni üsul ilə zorlanaraq öldürülüb.