3 Dekabr 2018 11:16
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan baş naziri səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyanın Vladimir Putinlə telefon danışığı zamanı Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin seçiləcəyi sammitin təxirə salınmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Telefon söhbətində Putin yaranmış vəziyyətlə əlaqədar dekabrın 6-da KTMT-nin sammitini keçirməməyi məsləhət görüb.

Paşinyan qeyd edib ki, Rusiya prezidenti işçi qaydada məsələnin (baş katibin hansı ölkədən olması) həllinin müzakirəsini və yalnız bundan sonra hazır qərarlarla sammitə getməyi təklif edib:

“Vladimir Putinin bu təklifilə razılaşdım, çünki düşünürəm ki, məsələni işçi prosedurlarla həll etmək daha düzgündür. Putinlə razılaşmamız bundan ibarət oldu ki, konsensusa gələnədək işçi müzakirələri davam etdirəcəyik”.

Xatırladaq ki, KTMT-yə baş katibin seçilməsilə bağlı iclasın dekabrın 6-da Sankt-Peterburqda keçirilməsi planlaşdırılırdı.

KTMT-nin baş katibi postuna ən real namizədlərdən biri isə Belarusun Dövlət Təhlükəsizlik Şurasının katibi, Bakıda təhsil alan general-leytenant Stanislav Zasdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər