4 Dekabr 2018 12:45
2 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ilahiyyatçı Adnan Oktarın rəhbərlik etdiyi şəbəkə ilə bağlı prokurorluğun apardığı istintaq çərçivəsində bir ailədən üç qızın necə tələyə salındığı faktları üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, üç bacıdan biri yaşadıqları dəhşətli hadisələrdən danışıb.

Adı açıqlanmayan qadın 15 yaşından 17 yaşınadək iki il ərzində Adnan Oktar və ətrafındakıların cinsi istismarına məruz qaldıqlarını söyləyib:

“Bacım 2011- 2012-ci ililərdə Beşiktaşda kursa gedəndə Əndər Daban adlı şəxslə tanış olmuşdu. Həmin şəxs bacımı manekenlik agentliyinə üzv yazdırıb məşhurlaşdıracağını vəd etmişdi.

Daha sonra bacım Bora Yıldızla tanışlaşdı və sevgili oldular. Bacımın ad gününü qeyd etmək üçün getdiyimiz restoranda biz də Əndər Daban və digər şəxslərlə tanış olduq.

Mən həmin gün tanıdığım Qartal Göktanla sevgili oldum. Bir müddət sonra Qartal məndən çılpaq fotoşəkillərimi istəməyə başladı. Mən də sadəlövhcəsinə onun istədiklərini edirdim”.

Onun sözlərinə görə, Qartal Göktan ona dostları ilə birlikdə dəfələrlə təcavüz edib: “Qartal bir gün məni Oktarla da tanış elədi. Oktar hər görüşdə məni istismar edirdi”.

Üç bacı ilə bağlı ifadə verən bir şahid Adnan Oktarın qızla maraqlandığını bildirib: “O vaxt bu qızın 16 yaşı vardı. Adnan Oktarın əmri ilə 50 nəfər təcavüz edərək bunu video çəkdilər. Qız təhdid və şantajla Oktarın kənizinə çevrildi. Ailəsindən uzaqlaşdırmaq üçün saxta toy mərasimi də həyata keçirildi. Qartal Göktan hər axşam bu qızla bağlı Oktara məlumat verirdi”.

Qeyd edək ki, Adnan Oktar azyaşlı qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və casusluqda ittiham olunur.


Müəllif: Leyla

Oxşar xəbərlər