4 Dekabr 2018 14:34
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda “Rusiya-Ermənistan” Lazarev klubunun iclası sadəcə, faşist tör-töküntülərinin qeyri-rəsmi toplantısı idi. Əslində Robert Köçəryan dekabrın 1-də özünün həbs olunacağı xəbərini aldığına görə bu şounu hazırlamışdı ki, rus qardaşları bu dəfə də ona yardımçı olsunlar.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi deyib.

Onun sözlərinə görə, toplantıya Ermənistanın bütün keçmiş və indiki rəhbərləri dəvət olunsa da, Zori Balayandan başqa heç kim orda iştirak etməyib: “Köçəryan guya özü yazdığı “Qarabağ haqqında xatirələr” kitabını satqın Konstantin Zatulinə hədiyyə verdi, Zori Balayan isə Qarabağ haqqında yazdığı şeirlər kitabını əbədi yaltaq Vladimir Kazimirova təqdim elədi.

Rusiyadan gələn bəzi bədxahlar Serjikin priyomundan istifadə edərək Azərbaycanı hətta “İsgəndər” silahı ilə hədələdilər. Toplantını lentə alan operatorun Zori Balayana yaxınlaşaraq “Baron Balayan, bu şeirləri özünüzmü yazmısınız” sualı Zoriki özündən çıxardı. Toplantı barədə yayılan fotoşəkillərdə bu, aydın görünür”.

İsmayıl Tanrıverdi bildirib ki, başqa bir maraqlı detal Rusiyadan gələn çoxsaylı qonaqların bütün xərclərini Köçəryanın ödəməsidir: “O, hətta Zatulindən çamadanının ölçüsünün niyə belə kiçik olduğunu da soruşub.

Robert Köçəryanın təşkil etdiyi bu şou ermənilər tərəfindən heç də birmənalı qarşılanmayıb. Köçəryanın həbs olunması ideyası isə hələ də gündəmdədir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər