4 Dekabr 2018 15:00
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ İrana neft ixracını qadağan etmək istəyir, ölkənin dünya ilə ticarətinə mane olur və Tehranı bölgədən təcrid etməyə çalışır”.

Teleqraf.com İRNA agentliyinə istinadla xəbər verir ki, bunu İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib.

Son vaxtlar tətbiq olunan sanksiyalarla bağlı sərt danışan Ruhani ABŞ-a xəbərdarlıq da edib:

"ABŞ İran neftinin ixracını dayandıra bilməyəcək və bilməlidir ki, rəsmi Vaşinqton İrana yanacaq satmağı qadağan edərsə, Fars körfəzindən heç kim neft ixrac edə bilməyəcək".

Prezident vurğulayıb ki, bütün sahələrdə ölkəmizin mövqeləri sabit qalır və İran xalqı bu qarşıdurmada qalib gələcək.

Qeyd edək ki, hesablamalara görə, məlum sanksiyalar nəticəsində İranın neft ixracatı gündə 1 milyon barel azalır.

Xatırladaq ki, hələ iyulun əvvəlində İslam İnqilabı Keşikçiləri Qvardiyası ABŞ İrana qarşı sanksiyaları davam etdirəcəyi təqdirdə, Hörmüz boğazını bir sıra ölkələr üçün bağlamağa hazır olduğunu açıqlamışdı.

Belə olacağı halda, iki ölkə arasındakı münasibətlərin daha da kəskinləşəcəyini ehtimal etmək o qədər də çətin deyil.

https://tass.ru/ekonomika/5867491


Müəllif: Nərgiz

Oxşar xəbərlər