ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffrinin bu gün Türkiyə və İordaniyaya uzun müddətli səfəri başlayıb.
Teleqraf.com xəbər verir ki, səfər dekabrın 14-nə qədər davam edəcək.
Xüsusi nümayəndəni səfər və müzakirələrdə ABŞ Dövlət Departamentinin müşaviri Coel Reybern müşayiət edəcək.
Məlumata görə, xüsusi nümayəndə Türkiyədə Suriya mövzusunda məxfi müzakirələr aparacaq, habelə türk rəsmilərlə “Yüksək səviyyəli Suriya iş qrupu ” yaradılmasına çalışacaq.