Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etmək üçün Milana (İtaliya) yola düşüb.
ATƏT XİNŞ çərçivəsində dekabrın 6-7-də keçiriləcək görüşlərdə o, Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etməyi planlaşdırır.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə etmək üçün bu gün Milanda görüşəcəklər./report/