ABŞ prezidenti Donald Tramp OPEC ölkələrinin neft tədarükünü indiki səviyyədə saxlayacağına ümidvar olduğunu bəyan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, özünün “Twitter” səhifəsində yazıb.
“Dünya neftin yüksək qiymətlərini istəmir, ona bu lazım da deyil. İnanıram ki, OPEC əlavə olaraq neft hasilatını məhdudlaşdırmayacaq”, - deyə Tramp vurğulayıb.