Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında Azov dənizində baş verən hərbi gərginlikdən istifadə edərək Qara dənizə hərbi gəmilər göndərməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalı Pentaqonda işləyən 3 yüksək rütbəli mənbəyə istinadən xəbər yayıb.
Məlumatda qeyd olunur ki, ABŞ ordusu Qara dənizə hərbi gəmi göndərmək ərəfəsindədir. Bu addımın Azov dənizində yaşanan böhrana cavab olaraq atıldığı qeyd olunur.
İddia edilir ki, Pentaqon Dövlət Departamentindən hərbi gəmilərin Türkiyənin nəzarət etdiyi boğazlardan keçməsinə imkan yaradılması üçün Ankaradan icazə tələbi etməsini istəyib.