6 Dekabr 2018 13:58
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin öndə gələn texnologiya şirkəti “Huawei”in rəhbərinin qızı, şirkətin maliyyə işlərinə rəhbərlik edən Menq Vanzhou İrana qarşı tətbiq edilən sanksiyaları pozduğu üçün Kanadada həbs edilib.

Teleqraf.com xəbər verir ki, şirkətin beynəlxalq maliyyə direktorluğu vəzifəsini tutan xanım Menqin həbs edilməsi ABŞ tərəfinin tələbi əsasında baş tutub.

İrana qarşı sanksiyaları pozmaqda ittiham olunan gənc xanım məhkəmə qarşısına çıxarılacaq. Onun ABŞ-a ekstradisiya edilməsi məsələsinə də bu gün baxılacaq.

Kanada Ədliyyə Nazirliyi bəyan edib ki, Huawei” şirkətinin rəhbəri Ren Zhengfinin qızı və şirkətin əsas siması olan Menq İrana qarşı sanksiyaları pozmaq ittihamı ilə dekabrın 1-də Vancouver şəhərində saxlanılıb.

Nazirlik qeyd edib ki, ABŞ hökumətinin tələbi ilə həbs edilən Menqin ABŞ-a ekstradisiya ediləcəyi halda onun işinə Nyu-York əyalətinin şərq bölgə məhkəməsi baxacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər