6 Dekabr 2018 16:25
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin ögey qızının həyat yoldaşı Mindiya Qoqoçuri Tiflisdə saxlanılıb.

Teleqraf.com xəbər verir ki, o, qanunsuz odlu silah ticarəti ilə məşğul olmaqda ittiham edilir.

Qoqoçuri ilə yanaşı, daha iki nəfər polis tərəfindən saxlanılıb.

İlkin dindirmədən sonra məlum olub ki, şübhəlilər Tiflis şəhərində kirayə götürdükləri evdə qanunsuz olaraq silah ticarəti ilə məşğul olublar.

Qeyd edək ki, Mindiya Qoqoçuri bu ilin iyul ayında ayaqlarından 3 bıçaq yarası ilə xəstəxanaya aparılmışdı. 2017-ci ilin yanvar ayında isə odlu silahla yaralanmışdı.

Mindiya Qoqoçuri Gürcüstanın birinci xanımı Maki Çiçuanın doğma qızı Maşo Çiçuanın həyat yoldaşıdır.


Müəllif: Mənsur Rəğbətoğlu