Kuba sakinləri dekabrın 6-dan etibarən üçüncü nəsil (3G) mobil rabitə texnologiyası üzrə mobil internetə çıxış əldə edəcəklər.
Teleqraf.com xəbər verir ki, bu haqda Kubanın “ETECSA” dövlət telekommunikasiya müəssisəsinin vitse-prezidenti Tanya Velaskes deyib.
Onun sözlərinə görə, internetə qoşulma üçün Kuba sakinlərinin “3G” texnologiyasını dəstəkləyən telefona sahib olması kifayətdir.
"İnternetə qoşulma prosesi 8 dekabradək tədricən həyata keçiriləcək. Hər bir abunəçiyə xidmətin aktivləşdirilməsini təsdiq edən mesaj göndəriləcək" – Velaskes deyib.
O, həmçinin bildirib ki, istifadəçilər üçün müxtəlif trafik həcminə malik bir neçə tarif əlçatan olacaq.
Kuba internetin yayılma səviyyəsi aşağı olan ölkələrdən biri olaraq qalır. Hakimiyyətin məlumatına görə, 2017-ci ildə kubalıların təxminən 40%-i internetə çıxış imkanına malik olublar ki, bu da 2010-cu ilin göstəricisini (37%) ötür.