İranda əsasən narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilmiş daha 12 nəfər edam edilib.
Teleqraf.com İran mətbuatıına istinadən xəbər verir ki, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə bir neçə gün əvvəl təkadamlıq kameralara köçürülən 12 müttəhim dekabrın 6-sı, sübh saatlarında İranın Kirman şəhərinin zindanında edam olunub.
Edam edilənlərdən, milliyyətcə bəluc olan 4-ünün adı (Cəlil Xodabəxş, Yusif Cəlaləddin, Əbdülqəni Qələndərzehi, Yaqub Qələndərzehi) mediaya bəlli olub.
Dara çəkilən digər müttəhimlərin adlarını müəyyənləşdirmək hələlik mümkün olmayıb.