İngiltərə Premyer Liqasının nəhəng klublarından olan “Arsenal”ın ulduz futbolçuları böyük bir skandal yaşayıb.
Belə ki, aralarında Məsut Özilin də olduğu arsenalli futbolçuların bir kef məclisində “Hippy Crack” adlı narkotik vasitədən istifadə edərkən görüntüləri üzə çıxıb.
70 qadının qatıldığı əyləncənin mövsüm başlamamışdan əvvəl təşkil edildiyi bildirilir.
Görüntülərdə Özillə yanaşı, Pierre-EMERICK Aubameyang, Alexandre Lacazette, Matteo Guendouzi və Henrik Mıxtaryan da var.
“The Sun” nəşrinin tirajladığı şəkillərdə Məsut Özil narkotik vasitənin təsirindən halbahal olduğu açıq-aşkar hiss olunur. Oyunçular narkotik vasitəni tüstü formasında şara doldurub və nəfəslərinə çəkirlər. Futbolçuların davranışlarındakı qəribə hərəkətlər onların narkotik vasitənin təsiri altında olduğunu bir daha ortaya qoyur.
Bu hadisə futbol ölkəsi kimi tanınan İngiltərədə gündəmi qarışdırıb.
Görüntülərdə maraq doğuran məqamlardan biri də Məsut Öüzülün şardolu narkotikanı nəfəsinə çəkdikdən sonar erməni futbolçu Mıxtaryana ötürməsidir.