7 Dekabr 2018 22:28
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hökuməti qarşıdan gələn etiraz aksiyaları zamanı yenidən zorakılıqlar baş verməsin deyə, 89 min polisi səfərbər edib.

Teleqraf.com xəbər verir ki, benzinin qiymətinin artırılmasına qarşı keçirilən etirazlardan sonra Fransa prezidenti Emanuel Makronun çərşənbə günü bu qərarı ləğv etməsinə baxmayaraq, ölkənin baş naziri Eduardo Filippe ölkə boyu polis işçilərinin artırılacağı barədə bəyanat verib.

Hökumətin qəbul etdiyi islahatlara yanacaq qiymətlərinin qaldırılmasından başqa həm də ali təhsil müəssisələrinə qəbul zamanı tələbələr arasında ilkin seçim edilməsi və təhsil haqqının artırılması daxildir.

Tələbə etirazları demək olar ki, bütün Fransaya yayılıb.

Bu aksiyalarda Paris, Marsel, Nitsa, Lion, Orlean, Versal və digər şəhərlərdə təhsil alan tələbələr iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər