Yaponiya parlamentinin yuxarı palatası Avropa İttifaqı (Aİ) ilə iqtisadi tərəfdaşlıq barədə razılaşmanı ratifikasiya edib.
Teleqraf.com Kyodo agentliyinə istinadla xəbər verir ki, razılaşmanın Aİ tərəfindən ratifikasiyasının dekabrın 20-dək başa çatarsa, sənəd gələn il fevralın 1-də qüvvəyə minəcək.
Bu razılaşmanın reallaşması nəticəsində dünyanın Ümumi Daxili Məhsulunun üçdə birini özündə birləşdirən çox böyük azad ticarət zonası yaranacaq.
Aİ və Yaponiya tərəfindən ratifikasiya edilən razılaşmanın ABŞ-ın paternalizm siyasətinə qarşı yönəldiyi bildirilir.