8 Dekabr 2018 13:42
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan parlamentinin deputatı Əbdülsəbur Xidmət İranı radikal Taliban qruplaşmasına yardım etməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, deputat Əfqanıstandan qaçan Taliban silahlılarının sərhədi keçərək İrana sığındıqlarını bildirib.

Əbdülsəbur Xidmət İranın uzun müddətdir radikal qruplaşmaya dəstək verdiyini diqqətə çatdırıb:

“İranın terrorçu Taliban qruplaşmasına dəstək verməsi yeni xəbər deyil. İran əvvəlki illərdə olduğu kimi, həmişə talibançıları silah-sursatla təchiz edərək, onları döyüşmək üçün Əfqanıstana göndərir. Talibançıların sığındığı yer İrandır. Onlar İranda hərbi təlimlər keçir, silah-sursatla təchiz edildikdən sonra Əfqanıstana yola salınırlar”.

Deputat hesab edir ki, son günlərdə ABŞ-la münasibətləri pozulan İran Talibana verdiyi dəstəyi artırıb: “İran Taliban qruplaşmasını dəstəkləməklə, Əfqanıstanda Amerika qüvvələrinə problem yaratmağa çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər