BMT-nin Baş Assambleyası ABŞ-ın təqdim etdiyi qətnaməyə səs verməyib.
Teleqraf.com xəbər verir ki, bu gün səhər saatlarında ABŞ-ın BMT nümayəndəsi Nikki Heyli BMT-nin Baş Assambleyasına qətnamə layihəsi təqdim edib.
Layihədə fələstinlilərin müqavimət hərəkatı olan HƏMAS-ın terror təşkilatı kimi tanınması təklif edilib. Lakin səsvermə zamanı ABŞ 3\2 səs çoxluğu qazana bilməyib və HƏMAS terror təşkilatları siyahısına salınmayıb.
ABŞ-ın nümayəndəsi Nikki Heyli səsvermədən əvvəl Assambleya üzvlərini hədələyərək bildirib ki, əgər ABŞ-ın təklif etdiyi qətnaməyə səs verməsəniz sizin üçün pis olacaq.
Bu hədəyə baxmayaraq, üzv dövlətlərin əksəriyyəti qətnamənin əleyhinə səs veriblər.