9 Dekabr 2018 10:10
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi-Hava Qüvvələrinin beşinci nəsil qırıcı təyyarələri hesab olunan Su-57-lər “Kinjal” hipersəsli aviasiya raket kompleksləri ilə təchiz olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a hərbi mənbə bildirib.

“2018-2017-ci illəri əhatə edən silahlanma üzrə dövlət proqramına çərçivəsində Su-57 qırıcıları müvafiq raketlə təchiz ediləcəklər. Ancaq onların ölçüləri nisbətən kiçik olacaq”, – deyə mənbə bildirib.

Qeyd edək ki, Su-57-lər ilk uçuşunu 2010-cu ildə həyata keçirib. Qırıcı təyyarənin bir ədədinin qiyməti 100 milyon dollardır.


Müəllif: Səxavət