8 Dekabr 2018 20:25
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

16.47

Təhlükəsizlik qüvvələri Fransanın paytaxtı Parisdə “sarı jiletlilər”in keçirdikləri aksiyalara gözyaşardıcı qazla müdaxilə edib.

Teleqraf.com xəbər verir ki, paytaxtda vəziyyətin gərginlikdə qaldığı vaxt ölkənin Baş naziri Eduard Filipp 481 nəfərin saxlanıldığını, 211 nəfərin isə həbs edildiyini açıqlayıb.

Fransadakı nümayişlərə geniş yer ayıran İngiltərənin “Deyli Ekspress” qəzeti Prezident Emmanuel Makronun vəziyyətə nəzarəti tamamilə itirdiyini iddia edib.

Gərginliyin qarşısını almaq istəyən hökumət etiraz aksiyalarının keçirildiyi məkanlara ümumilikdə 89 min polis cəlb edib.

Bir neçə saatlıq fasilədən sonra “sarı jiletlilər” kütləvi nümayişlərə yenidən start veriblər.

Etirazçılar hökumətdən vergiləri azaltmağı və iqtisadi problemləri həll etməyi tələb edirlər.

***

Parisdə "Sarı jiletlilər"in etiraz aksiyası zamanı 30 nəfər yaralanıb.

Polislə yaşanan qarşıdurmalar nəticəsində 615 nəfər saxlanılıb, onlardan 508-i nəzarət altına alınıb.

Hazırda paytaxtda etirazçıların sayı 8 mini ötüb.


Müəllif: Mənsur Rəğbətoğlu