Böyük Britaniyada keçirilən bir mərasimdə azyazşlı oğlan kraliça II Yelizavetanın qarşısında təzim etdikdən sonra sivişib aradan çıxıb.
Teleqraf.com xəbər verir ki, video “The Telegraph” qəzetinin diqqətini çəkib.
Hadisə Londonun mərkəzində yerləşən “Tomas Koram” xeyriyyə mərkəzinin uşaqlar üçün mərkəzinin açılışı zamanı baş verib.
Müğənni və teleaparıcılar – Devid və Kerri Qrant övladlığa götürdükləri 9 yaşlı Neytanı kraliçaya təqim ediblər. O isə təzim etdikdən sonra sürünərək aradan çıxıb. Daha sonra “Hələlik” deyə qışqırıb. Uşağın hərəkəti gülüşə səbəb olub.