Zimbabvedə – Viktoriya şəlaləsinin yerləşdiyi rayonda amerikalı turist qız begemotun hücumuna məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sunday News Online” saytı məlumat yayıb.
Qız ayağından aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirlib.
Zimbabvenin milli parklar və vəhşi təbiətin qorunması idarəsinin nümayəndəsi turistləri vəhşi heyvanlarla ehtiyatlı olmağa və onlarla kontaktdan kənar durmağa çağırıb.
”Heyvanları qiymətləndirməmək heç vaxt düzgün deyil. Sadəcə, ölümdən və xəsarətlərdən qorunmaq üçün onlardan uzaq durum”, – deyə o bildirib.