8 Dekabr 2018 22:40
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənub-şərqində yerləşən Çabahar liman şəhərində terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Bu barədə Zahedan şəhər prokurorluğuna istinadən "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilir ki, şübhəli şəxslər İranın Sistan və Bəlucistan əyalətlərinin müxtəlif şəhərlərində tutulublar. Hazırda araşdırmalar davam etdirilir.

Cümə axşamı səhər Çabahar şəhərində terrorçu-kamikadze minalanmış avtomobil ilə təhlükəsizlik qüvvələri qərargahının ərazisinə keçmək istəyib. Ardınca partlayış baş verib və nəticədə 2 nəfər ölüb, daha 42-si yaralanıb.


Müəllif: Teleqraf.com