9 Dekabr 2018 21:07
1 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:07

Ermənistanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

Məlumata görə, 20:00-da seçki məntəqələri bağlanılıb və səslərin sayılmasına başlanılıb.

14:14

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində saat 14:00-a olan nəticələrə əsasən seçici fəallığı 24.53 faizə bərabər olub.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, indiyə qədər vətəndaşların yalnız 636 min 55 nəfəri səsvermə hüququndan istifadə edib.

Paytaxt İrəvanda bu göstərici 23.53 faiz, ikinci böyük şəhər sayılan Gümrüdə 18.22 faiz, Vanadzorda isə 24.21 faizə bərabər olub.

Qeyd edək ki, 2017-ci ilin 2 aprelində keçirilən seçkilərdə saat 14:00-a olan məlumatda seçici fəallığı 33.46 faiz təşkil etmişdi.

11:25

Saat 11:00-a olan nəticələrə əsasən Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində 201 min 250 nəfər seçici iştirak edib.

Bu barədə Ermənistan MSK sədrinin müavini Laura Qalstyan bildirib.

Onun sözlərinə görə, səsvermə hüququ olan 2 milyon 573 min 779 seçicinin artıq 7.76 faizi seçkilərdə iştirak edib.

09:28

Ermənistanda növbədənkənar parlament seçkiləri başlayıb.

Teleqraf.com xəbər verir ki, yerli vaxtla saat 08:00-də ölkə üzrə 2010 seçki məntəqəsi açılıb. Səsvermə 20:00-dək davam edəcək.

Mərkəzi Seçki Komissiyası seçkilərdə 9 partiya və iki blokun iştirakını qeydə alıb. Xaricdə yaşayan vətəndaşlar üçün seçki məntəqələrinin açılması nəzərdə tutulmayıb. Onlar yalnız Ermənistana qayıtmaqla səs verə bilər.
Rəsmi məlumata əsasən, 2.5 milyondan artıq seçici səsvermə hüququna malikdir.

Seçkiləri 70 yerli və 32 xarici KİV izləyəcək. Seçkiləri həmçinin 8 beynəlxalq və 22 yerli təşkilatlardan müşahidəçilər izləyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər