9 Dekabr 2018 12:58
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən o Ermənistana səs verdim ki, heç kəsin ölkəni “ağlar”a və “qaralar”a bölmək kimi fikri olmayacaq. Hazırki vəziyyət daxili düşmənin formalaşmasına gətirib çıxarır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, Respublika Partiyasından deputatlığa namizəd Vigen Sərkisyan səsvermədən sonra jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təmsil etdiyi partiya seçkilərə kifayət qədər az resursla qatılıb: “Seçkilər tələsik baş tutdu. Bizim namizədlərimizə qarşı təzyiqlər barədə dəfələrlə narahatlığımızı bildirmişik. Seçkidə açıq şəkildə pozuntular aşkar ediləcəksə, seçkinin nəticəsinə etirazımızı bildirəcəyik”.


Müəllif: Nərgiz