9 Dekabr 2018 13:44
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı növbədənkənar parlament seçkilərini izləyən “Müstəqil müşahidəçi” ictimai alyansı bir sıra məntəqələrdə ciddi pozuntular aşkar edib.

Teleqraf.com xəbər verir ki, bir çox məntəqələrdə müşahidəçilərin işinə maneəçilik törədilib.

Məlumata görə, bəzi seçki məntəqələrində “Mənim addımım” blokunun bülletenləri olmayıb, bir sıra məntəqələrin qarşısında qanunla qadağan olunsa da, təşviqat kampaniyasının aparıldığı aşkar edilib.

Lor vilayətinin Lernansk kəndində 22/26 saylı seçki məntəqəsində “Mənim addımım” blokunun bülletenləri olmayıb. Ərazi seçki komissiyasından bülletenlər gətirilənədək məntəqədə səsvermə prosesi dayandırılıb.

Bundan başqa Sevan şəhərində 20/05, Vanadzor şəhərində 23/54 və 23/53, Şirak vilayətinin Panik 33/20 saylı məntəqələrdə təşviqat plakatlarının asılması prosesi davam edib.

Kotayk əyalətinin Argel kəndində 27/33 saylı məntəqədə hərbçilər cərgə ilə düzülüb və onlara “Mənim addımım” blokunun bülletenləri paylanıb. Hərbçilərə gizli səsvermə hüququ tanınmayıb.

Eləcə də vurğulanır ki, əlillərin səsverməsi üçün yalnız 48% seçki məntəqəsində şərait yaradılıb.


Müəllif: Nərgiz