İspaniya paytaxtı Madriddə minlərlə Santa-Klaus xərçəng xəstəliyi ilə mübarizəyə dəstək məqsədi ilə yürüş keçirib.
Teleqraf.com xəbər verir ki, yürüş iştirakçıları 5 kilometr məsafə qət ediblər.
Xeyriyyə yürüşünün məqsədi xərçəng xəstəliyindən əziyyət çəkən insanlara yardım edən “İntheos” fondu üçün vəsait toplamaq olub.