10 Dekabr 2018 08:17
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 1-dən noyabrın 20-dək Ermənistanın ali, orta və ixtisaslaşdırılmış təhsil müəssisələri öz qanunsuz fəaliyyətləri ilə dövlətə 81 min dollardan çox ziyan vurublar.

Bu barədə ölkənin İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb.

"İK-nın ayrı-ayrı şöbələri 98 cinayət işinə baxıblar. Onlardan 77-si bölgələrdə qaldırılıb, 21 isə İrəvanda. Eyni zamanda ümumi təhsil müəssisələrində qanun pozuntuları ilə bağlı 75, məktəbəqədər təhsil müəssisəsi və kolleclərdə 15, ali məktəblərdə isə 8 cinayət işi açılıb", - deyə məlumatda bildirilir.

Cinayət işlərindən 3-ü məhkəməyə göndərilib, 18 iş üzrə icraat dayandırılıb, 75 cinayət işi ilə bağlı istintaq davam edir.

Şübhəli şəxs qismində 42 nəfər istintaqa cəlb olunub. Onlardan 40-nın ölkədən çıxışına qadağa qoyulub.

İttihamlardan 20-si tədris müəssisəsi direktorlarına, 1-i direktor müavininə, 2-si müəllimlərə, 2-si keçmiş direktor müavinlərinə, 1-i keçmiş prorektora, 14-ü tədris müəssisələrinin digər əməkdaşlarına qarşı irəli sürülüb. Onlardan 2-si rüşvət almaqda ittiham olunur", - deyə məlumatda bildirilir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər