Əfqanıstanın cənubundakı Qəndahar vilayətində orduya məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi yaralanıb.
Teleqraf.com xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndəsi Hoca Yahya Ulvi helikopterin texniki nasazlıq üzündən qəzaya uğradığını bildirib.
İki həftə öncə Qəndaharın Maruf qəsəbəsində orduya aid helikopterin qəzaya uğraması nəticəsində 2 hərbçi dünyasını dəyişmişdi.