İran istədiyi vaxt istehsalçısı olduğu raketlərin qət etdiyi məsafəni artıra və inkişaf etdirə bilər.
Teleqraf.com xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Hava-Kosmik Qüvvələri komandanı Əmirəli Hacızadə deyib.
O qeyd edib ki, hazırda İranın istehsal etdiyi raketlər 2 min kilometr məsafəni qət etmək gücünə malikdir:
“Bu, islam respublikasının mövcud ehtiyacına uyğun təyin edilib. Lakin lazım olarsa, biz 2 min kilometrdən çox məsafə qət edən raketlər istesal edə bilərik. Bizə bununla bağlı məhdudiyyət yoxdur.
Düşmənin regiondakı hərbi bazalarına gəlincə, demək olar ki, onların bir çoxu bizim 300, 400, 700 və 800 kilometrliyimizdə yerləşir və raketlərimizin hədəfindədir”.
Əmirəli Hacızadə bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, ABŞ-ın Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki hərbi bazaları, eləcə də onun Körfəzdə qırıcı təyyarələr daşıyan hərbi gəmiləri İran raketlərinin hədəfindədir.