Yəmən xəstəxanalarında ailələr aclıqdan ölmək üzrə olan uşaqları həkimlərin xilas etmək səylərini izləməkdən başqa heç nə edə bilmirlər.
Teleqraf.com xəbər verir ki, bunu BMT baş katibinin köməkçisi Mark Lavkuk deyib.
Lavkuk 20 milyon (əhalinin 70%-i) Yəmən əhalisinin aclıqla mübarizə apardığını açıqlayıb.
Yəmənlilərin yeganə arzusunun müharibənin başa çatması olduğunu bildirən BMT rəsmisi qeyd edib ki, ciddi səylərə baxmayaraq, tərəflər arasında atəşkəs əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Yəməndə 5 ildir davam edən vətəndaş müharibəsində minlərlə insan həlak olub.