11 Dekabr 2018 14:16
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur iş adamının evi, şəxsi təyyarəsi və yaxtası daxil olmaqla bütün əmlakı müsadirə olunub.

Teleqraf.com xəbər verir ki, söhbət Malaziya dövlət fondundan 4,5 milyard dollar oğurladığı iddia olunan iş adamı Jho Lovdan gedir.

Malaziyanın sabiq baş naziri Nəcib Rezak ilə birlikdə adı korrupsiya əməllərində hallanan Lov Çinə qaçıb.

Onun “Equanimity” adlı müsadirə edilən yaxtası 2019-cu ildə satılacaq.

İş adamı yaxtanı 250 milyon dollara alıbmış.

36 yaşlı Lovun milyardlıq sərvətləri arasında olan Monte və Pikassonun rəsmiləri, 17 milyon dollarlıq mənzili, şəxsi təyyarəsi və digər sərvətləri də satılacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər