Misirdə sarı jiletlərin satışı qadağan olunub.
Teleqraf.com xəbər verir ki, hökuməti sarı jiletlərin tək satışını deyil, idxalını və istehsalını da nəzarətə götürüb.
Qeyd edək ki, sarı jiletlər Fransada yanacağın qiymətinin artırılmasına kütləvi etirazların simvoluna çevrilib.
Misirdə də 2011-ci il kütləvi iğtişaşların ildönümü ilə bağlı xalqın küçələrə çıxacağı bildirilir.