Suriyada İŞİD-lə mübarizədə böyük uğur qazandıq. Onların sayı çox azalıb, qarşıdakı 30 gündə biri də sağ qalmayacaq.
Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Dünən ABŞ Prezidenti Donald Tramp İraq və Suriyada azlıqların qorunmasını nəzərdə tutan qanunu imzalayıb.
Bu qanunla ABŞ İŞİD-in hədəfində olmuş dini və etnik azlıqlara ciddi dəstək verəcək.
Prezident bildirib ki, Amerika İŞİD-ə qarşı ilk gündən qəti mübarizə aparıb.