12 Dekabr 2018 14:04
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hizbullahın raketləri paytaxt Təl-Əviv də daxil olmaqla, İsrailin bütün bölgələrini vurmaq gücündədir.

Teleqraf.com xəbər verir ki, bunu İran KİV-ə açıqlamasında Hizbullah təşkilatı liderinin köməkçisi Naim Qasım deyib.

O, İsrailin Livana qarşı hücuma keçəcəyi halda, buna ağır cavab verəcəklərini bildirib: “İsraildə Hizbullahın raketklərinin çata bilməyəcəyi nöqtə yoxdur.

Lakin İsrail rəsmilərinin öz aralarında apardıqları müzakirələrdə Livana qarşı əməliyyat məsələsi qoyulmur. Sadəcə olaraq, “Hizbullah bizə hücum edərsə...” ehtimalını müzakirə edirlər. Yəni, Livana hücum etməyi yox, Hizbullaha cavab vermək haqda düşünürlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər