İranda quraqlıq səbəb ilə susuzluq problemi hökuməti ayağa qaldırıb.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi İshaq Cahangir açıqlama verib. Onun sözlərinə görə, hökumət bu məsələni həll etmək üçün yeni layihələr hazırlamalıdır: “Bütün ölkə ciddi su problemi ilə qarşı-qarşıyadır. Xüsusilə böyük şəhərlərdəki su problemini aradan qaldırmaq üçün yeni layihələr hazırlamalıyıq. İsfahanda quruyan Zayəndə çayını bərpa etməliyik”.
Qeyd edək ki, İranda bu problemə səhv suvarma texnikaları ilə yeraltı suların qurudulması səbəb olub.