12 Dekabr 2018 18:57
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın dövlət adamlarına baxın. Bu gün səudlar tərəfindən cinayətlər işlənir, cinayət ortaqları isə ABŞ-dır. İnsanların kütləvi olduqları hər yeri hədəfə alırlar. Bu, Amerikanın əsl üzüdür”.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın ali dini lideri Əli Xameneyi deyib.

O, ABŞ-ın İranla bağlı planının baş tutmadığını iddia edib:

“ABŞ-ın İrana qarşı planını deşifrə etdik. İndi onların əllərində İranı zədələyəcək planları yoxdur. Əllərindən gələn hər şeyi etdilər”.

Amerikanın planı sanksiyalar və digər vasitələrlə İranda vətəndaş müharibəsi yaratmaq idi. Bunun üçün çox çalışdılar, amma bacarmadılar”.


Müəllif: Mənsur Rəğbətoğlu