12 Dekabr 2018 23:39
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransadakı etirazların hərəkətverici qüvvəsi olan "sarı jiletlilər" Strasburqdakı silahlı hücumun arxasında hökumətin dayandığını bəyan ediblər.

Teleqraf.com xəbər verir ki, "sarı jiletlilər" hücumun təşkilində məqsədin keçiriləcək etiraz aksiyalarını kölgədə qoymaq olduğunu bildiriblər.

Narazıların nümayəndəsi Finou Ketout Makronun çıxışından sonra və keçirilməsi planlaşdırılan aksiyadan bir gün öncə törədilən silahlı hücumun mərkəzdən təşkil edildiyini iddia edib.

Hökumət rəsmiləri isə iddiaları yaxın buraxmırlar və deyilənləri nəzəri uydurmalar adlandırırlar.

Qeyd edək ki, ötən gün axşam Fransanın Strasburq şəhərinin mərkəzində baş verən atışma nəticəsində 3 nəfər həlak olub, 12 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com