13 Dekabr 2018 07:35
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti Ukraynadakı hadisələrlə əlaqədar Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılmasına dair qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, sənəddə qanunazidd hallardan faydalanan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların saxlanılması və genişləndirilməsinin vacibliyi vurğulanıb.

Avropa Parlamenti həmçinin Avropa İttifaqı ölkələrini ukraynalı hərbçilərin azadlığa buraxılmayacağı təqdirdə, Rusiyaya qarşı sanksiya tətbiq etməyə çağırıb.

Xatırladaq ki, noyabrın 25-də Ukrayna hərbi gəmilərinin Kerç boğazına yaxınlaşması Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya FTX Ukrayna hərbçilərini ölkənin ərazi sularına daxil olmaqda ittiham edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər