13 Dekabr 2018 09:57
2 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgədə təhlükəsizliyin təmin edilməsinin yeganə yolu ABŞ və Türkiyənin anlaşmasından keçir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, mayor Sen Robertson deyib.

Robertson bildirib ki, iki ölkə arasındakı işbirliyi yalnız Türkiyəyə yaxınlaşmaqla və Suriya Ali İşçi Qrupu ilə əməkdaşlığı artırmaqla mümkün ola bilər.

Sərhəd bölgələrində təhlükəsizliyin təmin edilməsi üçün dialoqun zəruri olduğunu qeyd edən Pentaqon sözçüsünün sözlərinə görə, koordinasiya edilməmiş hərbi əməliyyatlar maraqların toqquşmasına gətirib çıxaracaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fərat çayının şərq sahillərində aparılacaq əməliyyatlarla bağlı açıqlamasına diqqət çəkən mayor Robertson bunları deyib: “Şərqi Fəratda, xüsusən də ABŞ hərbi qüvvələrinin olduğu, yaxud buna yaxın ərazilərdə atılan addımlar narahatlıq yaradır və bu, qəbuledilməzdir. Biz NATO müttəfiqiyik və bir-birimizin təhlükəsizliyimizdən məsuliyyət daşıyırıq”.

Qeyd edək ki, Ərdoğan Fərat çayının şərq sahillərində terrorçulara qarşı əməliyyatlara başlayacaqlarını açıqlayıb: “Hədəfimiz Amerika hərbi qüvvələri yox, bölgədə fəaliyyət göstərən terror təşkilatının üzvləridir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər