13 Dekabr 2018 16:26
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp xristianlar, yezidilər və Yaxın Şərqdə yaşayan etnik azlıqlarla bağlı qanun layihəsini imzalayıb.

Teleqraf.com xəbər verir ki, sözügedən layihə bir müddət əvvəl ABŞ Konqresi tərəfindən təsdiq edilib.

Qanun layihəsi çərçivəsində ABŞ dövlət səviyyəsində bölgədə yaşayan etnik azlıqlara yardım ayıracaq.

Bu haqda danışan Donald Tramp “Bu qanun ABŞ-ın zülmə məruz qalan etnik azlıqlara etdiyi yardımın davamıdır”, deyib.

Qeyd edək ki, yardım ayrılacaq milli azlıqlarla bağlı hesabat hazırlanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər