13 Dekabr 2018 14:22
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan qondarma Dağlıq Qarabağ respublikasının rəhbərliyini sıradan çıxarma planını işə salıb.

Teleqraf.com xəbər verir ki, müdafiə naziri general-leytenant Levon Mnasakanyanın istefa verdiyi barədə məlumatlar yayılıb.

Onun Nikol Paşinyanın qəzəbinə tuş gəldiyi deyilir. Məlumata görə, o, Paşinyanın yaxın adamlarından olan Sasun Mikayelyanın “aprel inqilabı Qarabağ savaşındakı qələbədən daha böyükdür” açıqlamasını sərt tənqid edib.

Levon Mnasakanyan isə Tert.am-a istefası haqda raport vermədiyini açıqlayıb. Separatçı nazir istefaya göndərildiyi barədə yayılan xəbərlərin mənbəyinin ona məlum olmadığını söyləyib.

Qeyd edək ki, erməni mətbuatı növbədənkənar parlament seçkilərindən sonra Paşinyanın separatçıların lideri Bako Saakyan başda olmaqla qondarma “DQR” rəhbərliyindən qurtulacağını yazmışdı.


Müəllif: Nərgiz

Oxşar xəbərlər