13 Dekabr 2018 14:39
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ilkin şərt irəli sürmədən Türkiyə ilə əlaqələri normallaşdırmağa hazırdır.

Teleqraf.com erməni KİV-nə istinadla xəbər verir ki, bu sözləri Ermənistan Xarici işlər naziri Zoqrab Mnatsakanyan deyib.

Zoqrab Mnatsakanyan Türkiyənin bu şərti qəbul etmədiyini və bu prosesə kömək göstərmədiyini söyləyib: “Biz tanqonu təkbaşına oynayırıq”.

Qeyd edək ki, Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ilk dəfə bu təklifi səsləndirəndə Türkiyə tərəfi sərt reaksiya verərək yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunandan sonra münasibətlərin yaxşılaşdırılmasının mümkünlüyünü vurğulamışdı.


Müəllif: Nərgiz