ABŞ Dövlət katibi Mayk Pompeo İranın nüvə proqramına qarşı mübarizəni gücləndirmək üçün BMT platformasında yeni koalisiya qurmaq niyyətində olduqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Pompeo ABŞ-ın koalisiyanı qurmağa hazır olduğunu da deyib.
İranın nüvə raketlərinin sayının artırmasının qarşısnı almaq üçün mümkün olan addımları atacaqlarını bildirən dövlət katibi qeyd edib ki, ABŞ bu yöndə Avropa ilə əməkdaşlıq edəcək.
Qeyd edək ki, Mayk Pompeo bundan əvvəl BMT Təhlükəsizlik Şurasına müraciət edərək, nüvə raketlərinin sayının məhdudlaşdırılması üçün İrana qarşı qətnamə qəbul etməsini tələb edib.