14 Dekabr 2018 17:29
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mali Respublikasında mülki şəxslərə hücum edilib və 47 nəfər öldürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə ölkənin Şimalındakı Tassalatin və Tinabav bölgəsində baş verib.

9-12 nəfərlik silahlı qruplaşma mülki insanlara hücum edib. Onların kimliyi hələlik bəlli deyil.

Qeyd edək ki, Malinin şimal və mərkəz hissəsi 2012-ci ildən etibarən vətəndaş müharibəsi, terror və qarşıdurmalara şahidlik edir.

Fransanın bu ölkəyə göndərdiyi 4 min hərbçi və BMT-nin 15 min nəfərlik sülhməramlıları bu günə qədər təhlükəni aradan qaldıra bilməyib.

Xatırladaq ki, Mali Respublikası Afrikanın Qərbində yerləşir və birbaşa dənizə çıxışı yoxdur.


Müəllif: Cavad