İran İraqda İŞİD-ə qarşı döyüşən Peşmərgə kürd silahlılarına hərbi yardım verəcək.
Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, bu barədə Şimali İraqdakı Kürd Muxtariyyətinin lideri Məsud Bərzani açıqlama verib.
Ərbildə İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birlikdə mətbuat konfransı keçirən Bərzani onları silahla təmin edən ilk ölkənin İran olduğunu deyib.
Qeyd edək ki, İraqın şimalında İŞİD-lə peşmərgələr arasında atışmalar davam edir.